Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb

25 Oktyabr 2022 - 21:40

Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda yük avtomobillərinin uzun növbəsi yaranıb. Gömrük keçid məntəqəsində 2000-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.


“Samur” gömrük postundan verilən məlumata görə, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.


Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.


Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır.


Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danşıqlar.