Bizi tanıyın

“Kristal 2008” MMC 2008-cı ildən beynəlxalq yükdaşımalar sahəsində fəaliyyətdədir. Şirkətimiz öz daxili dəyərlərinə və qarşıya qoyulan hədəflərə uyğun olaraq, Azərbaycan logistika bazarının inkişafına öz töhfəsini verməkdədir. Məsuliyyət və nüfuz anlayışlarını özünə əsas meyar seçən "Kristal2008" şirkətin tərəfdaşlıq siyahısını hər gün genişləndirir. 


Azərbaycanın ən nüfuzlu beynəlxalq yükdaşıma və nəqliyyat şirkətləri içərisində özünə məxsus pay və mövqeyə sahib olan şirkətimiz dünyanın 50-ə yaxın ölkəsinə yükdaşımaları icra edir.  "Kristal 2008" Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının, eləcə də Azərbaycan höküməti tərəfindən qəbul edilən bütün qayda və qararlara cavab verən xidmətin təşkilinə nail olub.

Yükdaşıma fəaliyyətimiz 


- Avtomobil yolu ilə yükün daşınması;

Avtomobil yolunun rahatlığı sayəsində, yüklərin çatdırılması üçün avtodaşımalar dünya üzrə ən tanınmış vasitələrdən biridir. Şirkətimizin peşəkarları, operativ şəkildə, istənilən marşrut və tələb olunan nəqliyyat növünü seçərək, yükün təhlukəsiz və keyfiyyətli avtoyükdaşıma təmin edirlər. Avtomobil yolu ilə yükdaşımalar xidmətindən istifadə etməklə, siz hər zaman keyfiyyət, tez çatdırılma, yüklərin yüklənib-boşaldılması, eləcə də təhlükəsizlik seçirsiniz. Sizin yük bütün yol boyu tam təhlükəsizlikdə olacaqdır. Bizim müştərilər sənaye və ticarətin müxtəlif sahələrini təmsil edir və LCL tipli yüklər (məsələn, altlıqlar, yeşiklər vəs.), qrupaj yüklər, qismən və ya tam avtomobil yükdaşımalarını daima həyata keçirməkdədir.


Avtomobil yolu ilə yükdaşımaların üstünlükləri:

-Operativlik
-İstənilən nöqtəyə və qısa müddət ərzində çatdırılma
-Yük birbaşa ünvana çatdırılır
-İndividual marşurutun təyin edilməsi
İlkin seçilmiş marşurut müəyyən səbəblərdən (tıxac, yol-təmir işləri və s.) öz aktuallığını itirərsə, yükün daşınması, razılaşdırılmış tarixə, başqa marşurut üzrə həyata keçiriləcəkdir.


Deniz yolu ilə yüklərin daşınması;
-Dəniz nəqliyyatı bir çox hallarda təcili ehtiyacdır, bəzən isə yükün lazımı yerə çatdırılması üçün yeganə mümkün vasitədir.
  “Kristal 2008” şirkəti beynəlxalq konteyner və qabaritsiz dəniz daşımaları təklif edir, Yüklərin ABŞ-dən, Çin-dən, Avropadan Azərbaycana və əks istiqamətdə olan daşınmasına tam təhlükəsizliyinə zəmanət verir.

Dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı yükdaşıyıcının seçimi üzrə ciddi meyarlar nəzərdə tutulmuşdur. Bu meyarlara uyğun olaraq, biz beynəlxalq logistika sahəsində bütün xidmətlərimizi yüksək keyfiyyətlə həyata keçiririk ;
-Konteynerlərin daşınması üzrə xidmətlər (FCL)
-Layihə yükdaşımaları
-Konteynerlərə texniki xidmətin göstərilməsi üçün terminallar və şirkətin konteynerlərində yüklərin daşınması üzrə xidmətlər
-Dəniz yolu ilə yükdaşımaların üstünlükləri
-Universallıq – müxtəlif növ yüklərin (neftdən tutmuş sənaye mallarına kimi) daşınmasına imkan verir.
-Tezsınan malların təhlüləsiz daşınmasına şərait yaradır.
-Mütəxəssislərimiz bu daşımalar üçün lazımı şərait yaradıb, hər bir daxil olan istek və sifarişə individual olaraq yanaşırlar.

Missiyamız;

Müasir nəqliyyat vasitələrindən istifadə etməklə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə beynəlxalq yükdaşımalar üzrə keyfiyyətli xidmət göstərmək, müştəri məmnunluğu qazanmaq üçün hər zaman daha üst səviyyədə səmərəli təkliflər hazırlamaq, Azərbaycan bazarında beynəlxalq yükdaşımalar üzrə ən qabaqcıl şirkətlərdən biri olmaq üçün bütün səylərdən istifadə etməkdir. 

 

Üstünlüyümüz 
-Hər il avtomobillərimiz yenilənir və artırılır. GPS nəzarət sisteminin olması və baş verə biləcək vəziyyətlərə qarşı tədbirlər alınır.(temperatur izlənilir və avtomobillərin olduğu yer.)

 

Müştəri loyallığı
- İstər fərdi, istərsə də korporativ əlaqələrimizin inkişaf etdirilməsində müştəri loyallığını hər zaman yüksək tutmağa çalışırıq.


Şəxsi məsuliyyət
-Əməkdaşlarımıza gördükləri işlərdə daima məsuliyyətli olmağı aşılayırıq.


Xidmət keyfiyyəti
-Fəaliyyətimizin hər bir istiqamətində müştərilərimizə göstərdiyimiz xidmətin keyfiyyəti şirkətin marka dəyəridir.


Sosial dəyərlər
-İcra etdiyimiz bütün layihələrdə ətraf mühitin qorunması və insanların sosial rifahının yaxşılaşdırılması önəm verdiyimiz sosial dəyərlərimizdir.


Etibarlılıq
-Fəaliyyət göstərdiyimiz bütün sahələrdə müştəri və tərəfdaşlarımıza daim etibar nümayiş etdiririk.


Məsafədən narahat olmayın, yükünüz əmin əllərdədir...