“Kristal 2008” Azərbaycanda beynəlxalq buraxılış qaydalarına uyğun vəsiqə alan – İLK ŞİRKƏT OLDU

27 Fevral 2023 - 19:29

“Kristal 2008” beynəlxalq nəqliyyat və logistika şirkəti Azərbaycanda ilk beynəlxalq buraxılış qaydalarına uyğun vəsiqə alan şirkət olub.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 2022-ci il aprelin 8-də təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın icrası ilə bağlı keçirilən tədbirdə bu qaydalara uyğun xidmət göstərən şirkətlərə vəsiqələr təqdim edilib. 

Buraxılış vəsiqəsi - avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti göstərən, işgüzar nüfuza, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücülərinin hazırlıq səviyyəsinə dair tələblərə cavab verən daşıyıcı şirkətlərə verilir. 


Qeyd edək ki, “Kristal 2008” şirkəti 2008-ci ildə yaradılıb və 15 ildir ki, beynəlxalq yükdaşımalar sahəsində xidmətlər göstərir. Hazırda şirkətin avtoparkında 150-dən çox yük avtonəqliyyat vasitəsi mövcuddur.