Türkiyədə baş verən dağıdıcı zəlzələdən əziyyət çəkən insanlara Azərbaycandan yardımlar davam edir.
Xeyriyyə aksiyasına könüllü qoşulan şirkət bu günə qədər 3 yük avtonəqliyyat vasitəsini təmənnasız xidmətə cəlb edib.
Növbəti yardım kalonu modul tipli kanteyner evlərdən ibarətdir. Şirkət rəhbərliyinin göstərişinə əsasən, materialların daşınması üçün əlavə nəqliyyat vasitəsi ayrılıb. Yüklər təbii fəlakətin mərkəzi sayılan Qəhrəman Maraş şəhərinə yola salınacaq.
Qeyd edək ki, ümumilikdə Azərbaycandan 300-dən artıq TIR vasitəsilə yardım daşınıb.