Bakıda Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclası keçirilib.
Tədbirdə qeyd edilib ki, il ərzində avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində qarşıya çıxan məsələlərin bir çoxu işçi qaydada operativ həll edilib.
İclasda Türkiyə və Azərbaycan avtodaşıyıcılarının daşıma proseslərində rastlaşdıqları problemlərin aradan qaldırılması və ölkələrimiz arasında avtomobil daşımalarının inkişafı üçün müvafiq tədbirlərin görülməsi barədə yeni razılıqların əldə olunacağına əminlik ifadə olunub.
Azərbaycan nümayəndə heyətinin tərkibində “Kristal 2008” şirkətinin baş direktoru Azad Cəfərov da yer alıb.
Sonda tərəflər arasında beynəlxalq daşımalarda istifadə olunan “İcazə” blanklarının gələn il üçün kvotası razılaşdırılıb və müvafiq Protokol imzalanıb.