“Kristal2008” sürücülərini təltif etdi

22 Noyabr 2022 - 16:49

“Kristal2008” beynəlxalq yükdaşıma və logistika şirkəti illik göstıricilərə görə şirkət əməkdaşlarının təltif olunası ilə bağlı qərar qəbul edib.
 

Şirkətin direktoru Azad Cəfərovun tapşırığına əsasən, ilin yekun nəticələrinə uyğun olaraq, müxtəlif şöbələr üzrə əməkdaşların təltif olunmasına start verilib.


İlk olaraq, beynəlxalq yükdaşımaları icra edən sürücülər arasında seçilən əməkdaşlar təltif olunub. Sürücülər Seymur Bəndəliyev, Qurban Qurbanov, Etibar Bəxşiyev seçilən sürücü olduqları üçün şirkət rəhbəri tərəfindən təltif edilib.


Şirkət rəhbəri A.Cəfərov sürücüləri təbrik edib, onlara uğurlar arzu edib. “Kristal2008” şirkətinin imicinin qorunmasındakı xidmətlərinə görə, təşəkkürünü bildirib.